25 Oktyabr 2017 - Optik lif öncədən zəlzələləri proqnozlaşdıracaq

Fiber 2Stenford Universitetinin alimləri hesab edirlər ki, yüksəksürətli internetin ötürülməsi üçün istifadə edilən optik lif gələcəkdə zəlzələlərin aşkar edilməsi və tədqiqi üçün istifadə edilə bilər. Stenford Universitetində geofizika professoru Biondo Biondi deyib ki, beləliklə, milyardlarla datçikdən ibarət ucuz rəsədxana yaratmaq olar. Bunun üçün alimlər tərəfindən hazırlanmış texnologiya fiber-optik xətlərin yerdəyişməsini təhlil etməklə seysmik fəallığı qeydə alır.

“ICTnews” Elektron Xəbər Xidmətinin “4pda.ru” saytına istinadən verdiyi məlumata əsasən, xüsusi lazer datçikləri yerdəyişmələri izləyir, güc və təkanların istiqaməti haqda informasiyanı serverə göndərir. Sistem yalnız seysmik dalğaların müxtəlif tiplərini aşkar etmir, həm də nəzərəçarpmaz qala bilən çox zəif və ya lokal zəlzələləri aşkar etmək qabiliyyətinə malikdir.

Amma bu ideyanın reallaşdırılması istiqamətində bir çox problem mövcuddur. Məsələn, belə sistem kənd rayonlarında işləməyə bilər. Hazırda alimlər  Stenford Universitetinin ətrafında 3 mil radiusunda sınaq şəbəkəsi istifadəyə veriblər.