19 Yanvar 2018 - 20 Yanvar faciəsindən 28 il ötür

20 januaryAzərbaycan xalqının tarixində qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən 28 il ötür.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərində müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törədib.

Bu dəhşətli cinayət nəticəsində 147 Azərbaycan vətəndaşı şəhid olub, 638 nəfər yaralanıb və xəsarət alıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.

Azərbaycan xalqına qarşı törədilən bu qətliam dünyanın bütün ölkələrində ciddi narahatlıq doğurub və bir çox ölkələrin aparıcı kütləvi informasiya vasitələri bu barədə mütəmadi olaraq geniş məqalələr dərc ediblər. 

Azərbaycan xalqı ölkənin azadlığı, ərazi bütövlüyü və müstəqilliyi uğrunda həyatlarını qurban vermiş, sinələrini sipər etmiş mərd oğul və qızlarımızı unutmayacaq və onların işıqlı xatirəsini daim ehtiramla yad edəcək.