BEYNƏLXALQ TƏRƏFDAŞ ŞƏBƏKƏ

Etibarlı və nüfuzlu beynəlxalq tərəfdaşları ilə əməkdaşlıq etməklə “AzerTelecom” MMC-nin beynəlxalq şəbəkəsi dünya üzrə bütün əsas telekommunikasiya hablarına birləşir və şirkət Azərbaycan ərazisindən keçən və ya Azərbaycana birləşdirilən istənilən növ məlumat və ya səs tranziti üçün hazırdır.

Şirkətin şəbəkəsi beynəlxalq qoşulma nöqtələrinə iki əsas istiqamət vasitəsilə birləşir: birincisi şimal istiqamətində Moskvaya, Stokholma və Frankfurta. Bu istiqamət üzrə “AzerTelecom” MMC həmçinin Rusiyanın və MDB ölkələrinin bütün iri şəhərləri ilə birləşir. İkinci istiqamət isə qərb istiqamətidir. Bu bağlantı İstanbul vasitəsilə Frankfurta, Mərkəzi və Şərqi Avropanın cənub hissəsinə qoşulur. Bu şəhərlərdə “AzerTelecom” MMC-nin şəbəkəsinə qoşula biləcək bütün beynəlxalq operatorlar fəaliyyət göstərir.

Cənub istiqamətində şirkət İrana və İran vasitəsilə bütün Yaxın Şərq regionuna birləşir və daha uzaq nöqtələrə də qoşula bilər.

Naxçıvan Muxtar Respublikası həmçinin Türkiyə və İran vasitəsilə birləşir.