ƏSAS TARİXLƏR
2008 Avqust: “AzerTelecom” MMC təsis edilib.

2009

Avqust: Qonşu ölkələr ilə bağlantının yaradılması, Xəzər dənizi ətrafında fiber-optik şəbəkənin yaradılması, Avropa və Asiyanın fiber-optik şəbəkəsinin bir hissəsi olmaq məqsədilə "Synterra" ilə "C-Ring"birgə müəssisəsi yaradılıb.
Dekabr: DWDM magistral xətti istismara hazır vəziyyətə gətirilib. 


2010

Yanvar: Beynəlxalq səs ötürmə xidmətinin verilməsinə başlanılıb.
İyun: Ayrılmış xətlərin təmin edilməsi xidmətinə başlanılıb.




2011

Fevral: Topdan internet xidmətlərinin satışına başlanılıb.
Mart: İstanbul - Frankfurt istiqamətində qərb marşrutu üzrə beynəlxalq magistral xətt istismara hazır vəziyyətə gətirilib.
İyun: Bakı İP magistral xətti istismara hazır vəziyyətə gətirilib.
İyun: Moskva - Frankfurt istiqamətində şimal marşrutu üzrə beynəlxalq magistral xətt istismara hazır vəziyyətə gətirilib.
Avqust: Bakıda fiber-optik şəbəkənin istehlak və biznes bazarları üçün qurulmasına başlanılıb.



2012

Fevral: Bakı Metropolitenində xidmətin verilməsinə başlanılıb.
Mart: FTTB şəbəkəsi üzərindən xidmətin verilməsinə başlanılıb.
May: Naxçıvan MR gedən rabitənin dayanıqlılığı üçün rezervr istiqamət yaradılıb.
May: İran və İraq daxil olmaqla Frankfurt istiqamətində çox saylı tranzit kanallar yaradılıb.
Sentyabr: "Class-5 /EATS-310" texniki olaraq hazır vəziyyətə gətirilib və xidmətin verilməsinə başlanılıb.


2013

İyun: Bakı-Sumqayıt-Siyəzən FO kabeli layihəsi çərçivəsində Bakı-Xırdalan-Sumqayıt FO kabel xəttinin çəkilişi başa çatıb.
İyun: Mobil operatorlar üçün "Hostspot WiFi" şəbəkəsi üzərindən xidmətin verilməsinə başlanılıb.
Noyabr:  Mobil nömrənin daşınması xidməti istifadəyə verilib.



2014

May: “AzerTelecom” MMC Gürcüstan istiqamətində yeni bağlantı yaradaraq şəbəkəni qərb istiqamətində tamamilə dayanıqlı vəziyyətə gətirib. Bakı-Siyəzən FO kabelinin Sumqayıt-Siyəzən hissəsi tamamlanıb və şimal istiqamətində “AzerTelecom” MMC-nin şəbəkəsinin ehtiyat xətlə tam rezervləşdirilməsi başa çatıb.
İyun: DPİ həllər tətbiq edilib.




2015

Yanvar: Bakı ərazisində MPLS avadanlıqları yenilənib və regionlar üzrə MPLS şəbəkəsi üzərindən xidmətin verilməsinə başlanılıb.
Mart: “AzerTelecom” MMC LTE layihəsi çərçivəsində İP RUN avadanlıqlarının aktiv tədbiqi və istismarına başlayıb.
İyun: "Bakı 2015" ilk Avropa oyunları zamanı müştərilərə yüksək keyfiyyətli rabitə xidmətləri göstərilib.
İyul: “AzerTelecom” MMC müştərilərinin yüksək təhlükəsizliyini təmin etmək üçün "anti-DOS/DDOS" platformasını gücləndirib və tərəfdaşlarına hücum əlyehinə xidmətin verilməsinə başlayıb.

 

2016
İyun: “AzerTelecom” MMC yerli və "Ferrari" və "Williams" da daxil olmaqla beynəlxalq tərəfdaşlarına Bakı şəhərində keçirilmiş "Formula-1" yarışları zamanı yüksək dayanıqlı  rabitə xidmətləri göstərib.
Noyabr - Dekabr: "AzerTelecom" MMC Bakı şəhərində keçirilmiş “Bakutel 2016” - 22-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya texnologiyaları sərgi və konfransında iştirak edib.
2017 Oktyabr - Dekabr: "AzerTelecom" MMC Milli Net 2017 tədbirinə Baş sponsorluq edib.
Noyabr:
Facebook şirkətinin CDN keş serverlərinin "AzerTelecom" şirkətinin Data Mərkəzində yerləşdirilməsi ilə bağlı müqavilə imzalanıb.


2018

Avqust: "AzerTelecom" MMC fəaliyyətinin 10 illiyini qeyd edib.
Oktyabr:
 "AzerTelecom" MMC Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilmiş "Türkmentel 2018" 11-ci Beynəlxalq Telekom və İT Sənayesi sərgisində iştirak edib.
Dekabr: 
"AzerTelecom" MMC “BakuTel 2018” - 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi və konfransında iştirak edib.
Dekabr: 
"AzerTelecom" MMC "Milli Net 2018" tədbirinə Baş sponsor olaraq dəstək verib.








2019

Mart: Azərbaycanla Qazaxıstan arasında Xəzər dənizinin dibi ilə fiber-optik kabel xəttinin çəkilməsi ilə bağlı dövlətlərarası saziş imzalanıb.

Aprel: “Azerbaijan Digital Hub” proqramı çərçivəsində “AzerTelecom” və “China Telecom” arasında Çinin paytaxtı Pekində baş tutmuş “Bir kəmər, bir yol” 2-ci beynəlxalq forumu çərçivəsində Strateji Anlaşma Memorandumu imzalanıb.

Sentyabr: “AzerTelecom” şirkəti “9-cu Beynəlxalq Caspian Energy Forum Baku 2019” tədbirində “Caspian Energy Award” mükafatına və “İlin Telekommunikasiya şirkəti” adına layiq görülüb.

Oktyabr: Bakıda keçirilmiş “3-cü Rəqəmsal Ticarət Forumu: İpək Yolunun Rəqəmsallaşması” adlı konfransda “AzerTelecom” şirkətinin iştirakı ilə Dövlət-Özəl sektor Tərəfdaşlığı Konsorsiumu təsis edilib.

Noyabr: Qazaxıstanın Aktau şəhərində Azərbaycan və Qazaxıstan arasında Xəzər dənizinin dibi ilə Transxəzər Fiber Optik kabel xəttinin (Trans Caspian Fiber Optic – TCFO) çəkilişi üzrə Qazaxıstan ərazisində işlərə başlanmasına dair təntənəli mərasim baş tutub.

Noyabr: “Türkmentel 2019” sərgisi çərçivəsində Azərbaycan və Türkmənistan arasında Xəzər dənizinin dibi ilə magistral fiber-optik kabel xəttinin çəkilməsi ilə bağlı dövlətlərarası saziş imzalanıb.

Dekabr: “AzerTelecom” şirkəti “Baku Tel 2019” - 25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisində “Azerbaijan Digital Hub” proqramını təqdim edib, şirkətin stendi sərginin “ən innovativ stendi” adına layiq görülüb.

Dekabr: “Azerbaijan Digital Hub” proqramı Bakıda keçirilmiş “İnnovasiya Dövrü 2019” IV Beynəlxalq Forumunun nəticələrinə əsasən, “İlin İnfrastruktur layihəsi” adına layiq görülüb


İyun: Ayrılmış xətlərin təmin edilməsi ilə bağlı xidmətlərə başlanılıb.