LİSENZİYALAR

“AzerTelecom” MMC beynəlxalq və yerli səsli rabitə, məlumat və internet, eləcə də müəyyən edilmiş girişi (səs, internet) təmin etmək imkanı verən müxtəlif lisenziyalara malikdir.

Lisenziya № 001 557 - "Azərbaycan Respublikası daxilində telekommunikasiya kanallarının təşkili". Bu lisenziya şirkətə Azərbaycan Respublikası sərhədləri daxilində telekommunikasiya operatorları arasında səs və internet trafikini mübadilə etmək icazəsi verir.

Lisenziya № 001 558 - "Beynəlxalq telekommunikasiya kanallarının təşkili". Bu lisenziya şirkətə beynəlxalq telekommunikasiya operatorları arasında səs və internet trafikini mübadilə etmək icazəsi verir.


Lisenziya
№ 001 559 - "Verilənlərin ötürülməsi lisenziyası". Beynəlxalq telekommunikasiya kanallarının təşkili lisenziyasına, eləcə də Azərbaycan Respublikası daxilində telekommunikasiya kanallarının təşkili lisenziyasına əlavə olaraq, bu lisenziya şirkətə beynəlxalq və yerli telekommunikasiya operatorları arasında verilənləri mübadilə etmək icazəsi verir. Bu, bütün növ Virtual Şəxsi Şəbəkə xidmətlərini əhatə edir.


Lisenziya
№ 001 563 - "Sabit xətt lisenziyası". Bu lisenziya şirkətə “AzerTelecom” MMC-nin Gələcək Nəsil Şəbəkəsi daxilində mövcud Ümumi İstifadəli Telefon Şəbəkələrinin inteqrasiyasını təşkil etmək və son istifadəçilərə sabit telefon nömrələri təklif etmək icazəsi verir.


Lisenziya
№ 001 564 - "İP telefoniya". Bu lisenziya beynəlxalq və yerli telefon zənglərinin İP texnologiyası üzrə təşkilini nəzərdə tutur.