Azərbaycan şimaldan cənuba, qərbdən şərqə gedən yolların kəsişməsində yerləşməklə strateji cəhətdən əlverişli coğrafi mövqeyə malikdir. Orta və Uzaq Şərqi Avropa ilə birləşdirən ən qısa yol – məşhur və qədim İpək Yolu da Azərbaycan ərazisindən keçmişdir.
“AzerTelecom” MMC müştərilərə tranzit xidmətlər təklif edən müasir DWDM və SDH şəbəkəsinə sahibdir. Bu şəbəkə Rusiya, Gürcüstan və İran operatorları ilə əlaqələrə malikdir və bundan sonra hər hansı beynəlxalq daşıyıcılarla birləşə bilər. Bu da şirkətin müştərilərinə Azərbaycan ərazisindən tranzit vasitə kimi istifadə etmək imkanını yaradır.
Əlavə məlumat və təklifləriniz üçün bizə müraciət edə bilərsiniz.