“AzerTelecom” MMC Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan telekommunikasiya operatorudur və 2008-ci ildə təsis edilib. “AzerTelecom” şirkəti yerli və xarici müştərilərə internet, məlumat və səs ötürülməsi, eləcə də telekommunikasiya sektorunda digər qabaqcıl xidmətləri təqdim edir. Şirkət dayanıqlı və şaxələnmiş daxili və beynəlxalq şəbəkəyə sahibdir.
“AzerTelecom” ölkənin ilk mobil operatoru və ən sürətli mobil internet provayderi olan “Bakcell” şirkətinin törəmə müəssisəsidir.
Şirkət səsli rabitə, internet, VPN (virtual şəxsi şəbəkə), VoIP (İP şəbəkəsi üzrə səsin ötürülməsi) və mövcud ümumi istifadəli telefon şəbəkəsi xətlərinin inteqrasiyası daxil olmaqla, müxtəlif sabit xidmətləri əhatə edən lisenziyalara malikdir. Lisenziyalar haqqında ətraflı məlumat üçün buraya daxil olun.
“AzerTelecom” MMC Keyfiyyəti İdarəetmə Sistemini icra etmiş və 13 may 2011-ci il tarixində Beynəlxalq İSO 9001:2008 Standartları üzrə Uyğunluq Sertifikatını əldə etmişdir.
“AzerTelecom” MMC-nin İSO-nu icra etmək barədə qərarları Missiya, Plan və Göstəricilər çərçivəsində həyata keçirilən müştəri istəklərinə əsaslanır. Bu proseslərə əsaslanmaqla, AzerTelecom bazarda uğurlu rəqabət aparmalı, müştərilərini yüksək səviyyəli xidmətlə təmin etməli və onların etibarlılığını qazanmalıdır.
“AzerTelecom” MMC mütəmadi olaraq telekommunikasiya üzrə müxtəlif beynəlxalq sərgi, seminar və müşavirələrdə iştirak edir.
“AzerTelecom” MMC-nin Baş icraçı direktoru Ana Nakaşidzedir.
"AzerTelecom" MMC-nin Direktorlar Şurasının sədri Fuad Allahverdiyevdir.
Şirkət Xəzər Avropa Klubunun (CEC), Amerikanın Azərbaycandakı Ticarət Palatasının (AMCHAM) və Alman-Azərbaycan Xarici Ticarət Palatası kimi nüfuzlu təşkilatların üzvüdür.
"AzerTelecom" şirkəti dünya üzrə tanınmış və kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış şirkətlər olan “Trend Micro”, “Symantec”, “ESET”, “Quest” və “One İdentity” şirkətlərinin rəsmi tərəfdaşıdır. Qeyd olunan tanınmış şirkətlərlə tərəfadaşlıq AzerTelecom şirkətinin korporativ müştərilərə kibertəhlükəsizliyin təmin edilməsi istiqamətində həllərin təqdim olunmasına şərait yaradır.
"AzerTelecom" hazırda Azərbaycanın sahib olduğu Enerji və Nəqliyyat Mərkəzi statuslarına əlavə olaraq ölkənin Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital Hub” proqramını icra edir. “Digital Hub” proqramının məqsədi ölkəni Qafqaz, MDB, Orta və Cənubi Asiya, Yaxın Şərq və ətraf regionlar üçün Rəqəmsal Mərkəzə çevirməkdir.