• Haqqımızda
    • Haqqımızda
    • Tariximiz
    • Rəhbərlik
    • Mükafatlar
    • Tərəfdaşlar
    • Karyera
  • Xidmətlərimiz
  • Şəbəkə
    • Beynəlxalq şəbəkə
    • Daxili şəbəkə
  • Xəbərlər
  • Bizimlə əlaqə
azaz
  • AzAz
  • EnEn
Ana səhifəMükafatlar
MÜKAFATLAR

MÜKAFATLAR

icon
AzerTelecom-un Baş icraçı direktoru nüfuzlu “Global Leadership Women in Tech®” Mükafatına layiq görülübAzerTelecom şirkətinin Baş icraçı direktoru Ana Nakaşidze “Women in Tech® Caucasus and Central Asia Awards (CCA) 2023” tədbirində nüfuzlu “Global Leadership Women in Tech®” mükafatına layiq görülüb. 6 ölkədən 80-dən çox iştirakçının qatıldığı tədbir Gürcüstanın paytaxtı Tbilisidə sentyabrda baş tutub. “Women in Tech® CCA Awards” texnologiya sahəsində gender müxtəlifliyi, bərabərlik və inklüzivliyi təşviq etməyə həsr olunan daha geniş “Women in Tech® Global Movement”in (Qadınlar Texnologiyada Qlobal Hərəkatı) bir hissəsidir. Bu hərəkat texnologiya sənayesinə əhəmiyyətli təsir göstərmiş qadınların töhfələrini və yeniliklərini nümayiş etdirmək üçün bir platformadır.
icon
Ana Nakaşidze nüfuzlu Capacity Media nəşrinin “Power 100” siyahısına daxil edilib2023-cü ilin mart ayında AzerTelecom şirkətinin Baş icraçı direktoru Ana Nakaşidze nüfuzlu Capacity Media nəşrinin hər il tərtib etdiyi və telekommunikasiya sənayesinin ən nüfuzlu liderlərinin yer aldığı “Power 100” siyahısına daxil edilib. Telekommunikasiya sənayesi tərəfindən irəli sürülən və Capacity Media tərəfindən tərtib edilən “Power 100” siyahısı qlobal rəqəmsal infrastruktur məkanlarını idarə edən qabaqcılları, innovatorları və liderləri təqdim edir. Ana Nakaşidze pandemiya və ondan sonrakı transformasiya, eləcə də müxtəlif çağırışlarla zəngin olan dövrlərdə şirkətə rəhbərlik edərək şirkətin fəaliyyətində mühüm uğurlara imza atıb.
icon
İlin Telekommunikasiya ŞirkətiAzerTelecom şirkəti “9-cu Beynəlxalq Caspian Energy Forum Baku 2019” tədbirində “Caspian Energy Award” mükafatına və “İlin Telekommunikasiya şirkəti” adına layiq görülüb. “Əsrin müqaviləsi”nin imzalanmasının 25 illiyi, “Caspian Energy” jurnalının fəaliyyətinin isə 20 illik yubileyinə həsr olunmuş “Beynəlxalq Caspian Energy Forum 2019” tədbiri dövlət və özəl sektorun, nüfuzlu regional və beynəlxalq təşkilatlardan olan çoxsaylı nümayəndələrin iştirakı ilə baş tutub. Bu mükafat AzerTelecom şirkətinin telekommunikasiya sənayesində mükəmməlliyə və innovasiyalara sadiqliyini vurğulayır.
icon
İlin İnfrastruktur LayihəsiAzerTelecom şirkətinin icra etdiyi “Azerbaijan Digital Hub” proqramı Bakıda keçirilmiş “İnnovasiya Dövrü 2019” IV Beynəlxalq Forumunun nəticələrinə əsasən “İlin İnfrastruktur layihəsi” adına layiq görülüb. Tədbir iştirakçıları olan yerli və xarici mütəxəssislər innovasiyaların müxtəlif sahələrdə tətbiqi, bu sahədə müasir trendlər barədə faydalı müzakirələr apararaq müxtəlif praktiki misallar nümayiş etdiriblər.
  • "8 noyabr" prospekti 113, Baku Bay Tower AZ1025, Bakı, Azərbaycan
  • +994 12 310 10 01
  • +994 12 310 82 81 (faks)
  • [email protected]
  • [email protected]
  • [email protected]
  • Haqqımızda
  • Tariximiz
  • Mükafatlar
  • Tərəfdaşlar
  • Data mərkəzi xidmətləri
  • Internet topdan satışı
  • Ayrılmış kanal xidməti
  • Beynəlxalq səs trafiki
  • SIP telefoniya
  • Daxili şəbəkə
  • Beynəlxalq şəbəkə
  • Xəbərlər
  • Bizimlə əlaqə
AzerTelecom | © Müəllif hüquqları qorunur
Facebook
Linkedin
Instagram
X
Youtube