• Haqqımızda
    • Haqqımızda
    • Tariximiz
    • Rəhbərlik
    • Mükafatlar
    • Tərəfdaşlar
    • Karyera
  • Xidmətlərimiz
  • Şəbəkə
    • Beynəlxalq şəbəkə
    • Daxili şəbəkə
  • Xəbərlər
  • Bizimlə əlaqə
azaz
  • AzAz
  • EnEn
Ana səhifəHaqqımızda
Haqqımızda

Haqqımızda

             

AzerTelecom MMC Azərbaycan Respublikasını beynəlxalq internet şəbəkəsinə bağlayan magistral internet operatorudur. 2008-ci ildə təsis olunmuş qabaqcıl telekommunikasiya operatoru müxtəlif sahələrdə və ölkələrdə fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

Hazırda AzerTelecom Azərbaycan Respublikasında telekommunikasiya sahəsində ən aparıcı şirkətlərdən biridir və öz fəaliyyətini genişləndirməkdədir. Dinamik şəkildə inkişaf edən, yerli, regional və beynəlxalq bazarlarda mövqeyə malik olan AzerTelecom öz fəaliyyətində aydın baxış nöqtəsinə, missiyaya və peşəkar fəaliyyət prinsiplərinə sahibdir.

AzerTelecom cəmiyyətin və İKT sektorunun dayanıqlı inkişafı naminə müxtəlif layihələrin reallaşmasına, yüksək texnologiyaların, innovasiyaların tətbiqinə daim diqqət yetirir və korporativ müştərilərə fərqli telekommunikasiya xidmətləri təqdim edir.

Şirkət öz fəaliyyətində peşəkarlıq, müştəri məmnuniyyəti, innovativlik, qabaqcıl texnologiyaların tətbiqi, dinamik inkişaf və sosial məsuliyyət kimi prinsiplərdən çıxış edir. 

AzerTelecom şirkəti Xəzər Avropa Klubunun (CEC), Amerikanın Azərbaycandakı Ticarət Palatasının (AMCHAM), Böyük Britaniyanın Azərbaycandakı Ticarət Palatasının (BCCA) və Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK-Azerbaijan) kimi nüfuzlu təşkilatların üzvüdür.

Baxış nöqtəmiz

- İqtisadiyyatın informasiya-kommunikasiya texnologiyaları və rəqəmsal sektorlarının inkişafında dövlətə dəstək olmaq, davamlı artıma nail olmaq;

- Telekommunikasiya bazarına innovativ xidmətlər və rəqabətqabiliyyətli məhsulların təqdim etmək;

- İnformasiya cəmiyyətinin inkişafı, iqtisadiyyatın rəqəmsal transformasiyası və rəqəmsal iqtisadiyyatın yaradılması üçün dayanıqlı infrastrukturun yaradılması;

- Korporativ müştərilərə və fiziki şəxslərə bizneslərini daha uğurlu etmək və həyat tərzini yaxşılaşdırmaq üçün keyfiyyətli və innovativ/etibarlı rəqəmsal xidmətlərin göstərilməsi;

-  Dövlət-özəl sektor tərəfdaşlığının (DÖST) yaradılması və inkişafı;

- Azərbaycandan keçəcək və Avropa ilə Asiyanı birləşdirəcək Rəqəmsal İpək Yolu telekommunikasiya dəhlizinin qurulması və Azərbaycanı Qafqaz, MDB, Mərkəzi və Cənubi Asiya, Yaxın Şərq və ətraf bölgələr üçün rəqəmsal mərkəzə çevrilməsi.

Missiyamız

AzerTelecom şirkətinin missiyası Azərbaycanın rəqəmsal transformasiyasını təşviq etmək və innovasiyalar üçün əlverişli mühiti inkişaf etdirməkdir. 

  • "8 noyabr" prospekti 113, Baku Bay Tower AZ1025, Bakı, Azərbaycan
  • +994 12 310 10 01
  • +994 12 310 82 81 (faks)
  • [email protected]
  • [email protected]
  • [email protected]
  • Haqqımızda
  • Tariximiz
  • Mükafatlar
  • Tərəfdaşlar
  • Data mərkəzi xidmətləri
  • Internet topdan satışı
  • Ayrılmış kanal xidməti
  • Beynəlxalq səs trafiki
  • SIP telefoniya
  • Daxili şəbəkə
  • Beynəlxalq şəbəkə
  • Xəbərlər
  • Bizimlə əlaqə
AzerTelecom | © Müəllif hüquqları qorunur
Facebook
Linkedin
Instagram
X
Youtube