
AzerTelecom MMC təsis edilib.
DWDM magistral xətti istismara hazır vəziyyətə gətirilib.
Beynəlxalq səs ötürmə xidmətinin verilməsinə başlanılıb.
Ayrılmış xətlərin təmin edilməsi xidmətinə başlanılıb.
Topdan internet xidmətlərinin satışına başlanılıb.
İstanbul - Frankfurt istiqamətində qərb marşrutu üzrə beynəlxalq magistral xətt istismara hazır vəziyyətə gətirilib.
Moskva - Frankfurt istiqamətində şimal marşrutu üzrə beynəlxalq magistral xətt istismara hazır vəziyyətə gətirilib.
Bakı Metropolitenində xidmətin verilməsinə başlanılıb.
Naxçıvan MR gedən rabitənin dayanıqlılığı üçün rezervr istiqamət yaradılıb
Bakı-Sumqayıt-Siyəzən FO kabeli layihəsi çərçivəsində Bakı-Xırdalan-Sumqayıt FO kabel xəttinin çəkilişi başa çatıb. Mobil operatorlar üçün "Hostspot WiFi" şəbəkəsi üzərindən xidmətin verilməsinə başlanılıb.
AzerTelecom şirkəti Gürcüstan istiqamətində yeni bağlantı yaradaraq şəbəkəni qərb istiqamətində tamamilə dayanıqlı vəziyyətə gətirib. Bakı-Siyəzən FO kabelinin Sumqayıt-Siyəzən hissəsi tamamlanıb və şimal istiqamətində AzerTelecom şirkətinin şəbəkəsinin ehtiyat xətlə tam rezervləşdirilməsi başa çatıb.
Bakı ərazisində MPLS avadanlıqları yenilənib və regionlar üzrə MPLS şəbəkəsi üzərindən xidmətin verilməsinə başlanılıb
AzerTelecom şirkəti LTE layihəsi çərçivəsində İP RUN avadanlıqlarının aktiv tədbiqi və istismarına başlayıb.
"Bakı 2015" ilk Avropa oyunları zamanı müştərilərə yüksək keyfiyyətli rabitə xidmətləri göstərilib
AzerTelecom şirkəti yerli tərəfdaşı daxil olmaqla, "Ferrari" və "Williams" şirkətləri ilə yanaşı beynəlxalq tərəfdaşlarına Bakı şəhərində keçirilmiş "Formula-1" yarışları zamanı yüksək dayanıqlı rabitə xidmətləri göstərib.
AzerTelecom şirkəti Bakı şəhərində keçirilmiş “Bakutel 2016” - 22-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya texnologiyaları sərgi və konfransında iştirak edib.
"AzerTelecom" MMC Milli Net 2017 tədbirinə Baş sponsorluq edib
Facebook şirkətinin CDN keş serverlərinin AzerTelecom şirkətinin Data Mərkəzində yerləşdirilməsi ilə bağlı müqavilə imzalanıb
AzerTelecom şirkəti Bakı şəhərində ardıcıl olaraq keçirilən “Formula 1 2018 Qran Pri” yarışları zamanı dayanıqlı telekommunikasiya xidmətləri təqdim edib.
AzerTelecom şirkəti Korporativ Sosial Məsuliyyət Strategiyası çərçivəsində STEP İT Kompyuter Akademiyası tərəfindən təşkil olunan “Golden Byte” 2018 beynəlxalq İT yarışmasına Baş sponsorluq edib.
AzerTelecom şirkəti və STEP İT Kompyuter Akademiyası ilə Əməkdaşlıq haqqında Memorandum imzalanıb.
AzerTelecom şirkəti Azərbaycanın regionun rəqəmsal mərkəzinə çevrilməsi üçün Azerbaijan Digital Hub proqramının icrasına başlayıb.
Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik kabelin çəkilməsi haqqında hökumətlərarası saziş imzalayıblar
AzerTelecom şirkəti 9-cu Beynəlxalq Caspian Energy Forum Baku 2019-da “Caspian Energy Award” mükafatına layiq görülüb və “İlin Telekommunikasiya Şirkəti” seçilib
Qazaxıstanın Aktau şəhərində Azərbaycan və Qazaxıstan arasında Xəzər dənizinin dibi ilə Transxəzər Fiber Optik (TCFO) kabel xəttinin tikintisi üzrə işlərin başlanması mərasimi keçirilib. “Türkmentel 2019” sərgisi çərçivəsində Azərbaycan və Türkmənistan arasında Xəzər dənizinin dibi ilə magistral fiber-optik kabel xəttinin tikintisinə dair hökumətlərarası saziş imzalanıb
AzerTelecom şirkəti Bakıda keçirilən “Bakutel 2019” – 25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində "Azerbaijan Digital Hub" proqramını təqdim edib və şirkətin stendi “Ən innovativ stend” adına layiq görülüb
AzerTelecom şirkətinin nümayəndə heyəti İsveçrənin Davos şəhərində keçirilmiş Dünya İqtisadi Forumunda iştirak edib. Davos Forumu çərçivəsində keçirilmiş “Caspian Week 2020” konfransı və digər əlaqəli tədbirlərdə Azərbaycanın rəqəmsal mərkəzə çevrilməsi üçün icra edilən “Azerbaijan Digital Hub” proqramı və proqramın tərkib hissəsi olan “Transxəzər Fiber-Optik Kabel Xətti” layihəsini təqdim edilib.
AzerTelecom şirkəti ilə Türkməntelekom Elektrorabitə şirkəti arasında Azərbaycan-Türkmənistan marşrutu üzrə Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xətlərinin birgə tikintisi, sahibliyi və istifadəsi haqqında Anlaşma Memorandumu imzalanıb.
AzerTelecom şirkətinin icra etdiyi Xəzər dənizinin dibi ilə Azərbaycanla Türkmənistan arasında fiber-optik kabel xəttinin (Transxəzər Fiber Optik Kabel Xətti) çəkilməsi layihəsi “Türkmentel 2020” - Türkmənistan Telekommunikasiya və İT Konfransında müzakirə edilib.
AzerTelecom şirkəti Bakı Olimpiya Stadionunda yüksək səviyyəli bağlantı xidməti ilə “Eurovision Services”-ə dəstək olub. AzerTelecom şirkətinin “Eurovision Services” üçün təqdim etdiyi bağlantı xidməti Bakıda keçirilmiş dörd beynəlxalq futbol matçının canlı yayımlanması zamanı istifadə edilib.
AzerTelecom şirkəti ilə Qazaxıstan, Qırğızıstan və Özbəkistanın aparıcı telekommunikasiya operatorları arasında Qazaxıstanın paytaxtı Astanada keçirilmiş “MDB GCCM 2021” konfransı zamanı Transxəzər Fiber-Optik Kabel Xətti (TranCaspian Fiber Optic - TCFO) layihəsi çərçivəsində əməkdaşlıq haqqında Memorandum imzalanıb.
AzerTelecom şirkəti tərəfindən icra edilən və Avropanı Orta və Cənubi Asiyaya bağlayacaq rəqəmsal telekommunikasiya dəhlizinin formalaşmasını nəzərdə tutan "Rəqəmsal İpək Yolu" (Digital Silk Way) layihəsi Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilmiş “Türkmentel 2021” - Türkmənistan Telekommunikasiya və İT Konfransında təqdim edilib.
AzerTelecom şirkəti tərəfindən icra edilən “Rəqəmsal İpək Yolu” (Digital Silk Way) layihəsi Birləşmiş Ərəb Əmirliklərində “Dubai Expo 2020” çərçivəsində keçirilmiş “VI İnnovasiya Dövrü 2021” forumunda təqdim edilib.
“Rəqəmsal İpək Yolu” (Digital Silk Way) layihəsi “Dubay Ekspo” ümumdünya sərgisində və “Capacity Middle East 2022” qlobal telekommunikasiya tədbirində təqdim edilib.
İtaliyanın ilk beynəlxalq xidmət provayderi və dünyanın aparıcı operatorlarından biri olan Sparkle şirkəti ilə AzerTelecom şirkəti arasında “Rəqəmsal İpək Yolu” layihəsi çərçivəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
AzerTelecom və Kazakhtelecom şirkətləri arasında Transxəzər Fiber Optik Kable Xətti layihəsi üzrə strateji tərəfdaşlıq haqqında Memorandum imzalayıb.
“Rəqəmsal İpək Yolu” (Digital Silk Way) layihəsi Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilmiş “Türkmentel 2022” - Türkmənistan İKT Konfransında təqdim edilib.
AzerTelecom və Kazakhtelecom Transxəzər Fiber-Optik layihəsi çərçivəsində Xəzər dənizinin dibi ilə Azərbaycan-Qazaxıstan marşrutu üzrə Transxəzər Fiber-Optik Kabel Xəttinin tikintisi və istismarına cavabdeh olan birgə müəssisə yaradıblar.
“Rəqəmsal İpək Yolu” layihəsi International Telecoms Week tədbirində təqdim olunub
az
En