• Haqqımızda
    • Haqqımızda
    • Tariximiz
    • Rəhbərlik
    • Mükafatlar
    • Tərəfdaşlar
    • Karyera
  • Xidmətlərimiz
  • Şəbəkə
    • Beynəlxalq şəbəkə
    • Daxili şəbəkə
  • Xəbərlər
  • Bizimlə əlaqə
azaz
  • AzAz
  • EnEn
Ana səhifəXəbərlər
Nailiyyətlərimiz

“AzerTelecom” və “Telecom Armenia” internet trafikinin tranziti üzrə müqavilə imzalayıb

22.06.2026
“AzerTelecom” və “Telecom Armenia” internet trafikinin tranziti üzrə  müqavilə imzalayıb

 

“AzerTelecom” və “Telecom Armenia” şirkətləri Azərbaycan üzərindən Ermənistanın beynəlxalq internet bağlantısının təmin edilməsinə dair ikitərəfli müqavilələr imzalayıb.
 

Razılaşma çərçivəsində regionun aparıcı magistral internet operatoru “AzerTelecom” beynəlxalq internet trafikinin təchizatı üzrə ölkələrin sayını və coğrafiyasını genişləndirəcək, həmçinin öz infrastrukturundan istifadə etməklə Ermənistan istiqamətində internet trafikinin tranzitini təmin edəcək. 

Bu kimi razılaşmalar regionda bağlantı marşrutlarının diversifikasiyasına, telekommunikasiya şəbəkələrinin etibarlılığının daha da artırılmasına və telekommunikasiya sahəsində əməkdaşlığın inkişafına yönəlib.

 
“AzerTelecom” haqqında
“AzerTelecom” Azərbaycanın aparıcı telekommunikasiya şirkəti olmaqla internet trafikinin topdansatışı, rabitə xidmətləri, innovativ rəqəmsal həllər və digər qabaqcıl telekommunikasiya xidmətləri təqdim edir.  “AzerTelecom” Avropa ilə Asiya arasında yeni rəqəmsal dəhlizin yaradılmasını nəzərdə tutan transkontinental “Rəqəmsal İpək Yolu” (Digital Silk Way) layihəsini həyata keçirir.


“AzerTelecom” müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibində olan “Azerconnect Group”a daxildir.


İctimaiyyətlə əlaqələr şöbəsi: [email protected]

  • "8 noyabr" prospekti 113, Baku Bay Tower AZ1025, Bakı, Azərbaycan
  • +994 12 310 10 01
  • +994 12 310 82 81 (faks)
  • [email protected]
  • [email protected]
  • [email protected]
  • Haqqımızda
  • Tariximiz
  • Mükafatlar
  • Tərəfdaşlar
  • Data mərkəzi xidmətləri
  • Internet topdan satışı
  • Ayrılmış kanal xidməti
  • Beynəlxalq səs trafiki
  • SIP telefoniya
  • Daxili şəbəkə
  • Beynəlxalq şəbəkə
  • Xəbərlər
  • Bizimlə əlaqə
AzerTelecom | © Müəllif hüquqları qorunur
Facebook
Linkedin
Instagram
X
Youtube